EN

Proseslər Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata keçir - Deputat

Bakı. Trend:

Bu gün regionda baş verən proseslər Azərbaycanın müəyyən etdiyisülh gündəliyinə uyğun həyata keçir. Azərbaycanın 44 günıük Vətənmüharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar artıq bütündünya tərəfindən qəbul edilir. Bir sıra ölkələr regionda proseslərəmüdaxilə etməyə cəhd etsələr də, Azərbaycanın qətiyyətli vəprinsipal mövqeyi nəticəsində bu cəhdlərin qarşısı alındı vəregionda sülhün bərqərar olması istiqamətində mühüm irəliləyişlərənail olunub.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə DövlətKomissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonraəldə olunan nəticələr və mayın 6-dək 40 sərhəd dirəyininquraşdırılması regionda sülhün bərqərar olması istiqamətində atılanmühüm addımdır.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovvə Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərindəkeçiriləcək görüşünün də iki ölkə arasında sülh quruculuğuna töhfəverəcəyini düşünürəm. Ermənistanın baş naziri Nikol Paşinyanın daErmənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabr ayınaqədər imzalana bilməsi ilə bağlı verdiyi açıqlama da Ermənistanınsülhdən başqa yolunun olmadığını qəbul etdiyini göstərir”, - deyədeputat əlavə edib.

Deputat bildirib ki, Azərbaycan hər zaman regionda sülhün vəsabitliyin bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə özüzərinə düşən öhdəliklərini yerinə yetirib.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur.İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanbundan sonra da yeni zirvələr fəth edəcək”, - deyə deputat əlavəedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
1
az.trend.az

1Sources