EN

Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb 

Region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, bu günədək, əsasən, paytaxtda icra olunun cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icrasına başlanılması, həkim çatışmazılığının aradan qaldırılması və eləcə də tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılması ilə regiona marağın artırılması TƏBİB-in strateji hədəflərindən biridir.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Dağlıq Şirvan regionunda ilk dəfə Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb.
 
İlk dəfə 65 yaşlı pasiyent üzərində həyata keçirilən katarakta əməliyyatı uğurla başa çatıb. Cərrahi müdaxilə zamanı gözün bulanmış bülluru xaric olunaraq əvəzinə süni büllur implantasiya edilib.
 
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunmağa başlayan bu əməliyyatlar müasir avadanlıqlarla kiçik kəsiklər aparılmaqla, qansız və qısa müddətdə həyata keçirilir.
 
Qobustan Rayon Mərkəzi Xəstəxanasında uşaqlarda anadangəlmə katarakta, müxtəlif səbəbli inkişaf etmiş çəplik, posttravmatik travmadan, zədədən sonra yaranmış mirvari suyu - katarakta əməliyyatlarının da icrasına başlanılıb.
 
Qeyd edək ki, katarakta əməliyyatı zamanı yumşaq hidrofil və hidrofob materiallardan istehsal edilən akrelik materialdan hazırlanan intrakulyar linzalardan istifadə olunur.
Autotransplantasiya vasitəsilə icra olunan pterigium əməliyyatı isə pterigiumun yenidən yaranmasının qarşısının alınmasına imkan yaradır və bu baxımdan cərrahi müdaxilə daha effektiv hesab olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
182
1
aztibb.az

2Sources