EN

Mourinyo keçmiş komandasına qayıtmaq istəyir

İngiltərə Premyer Liqasında "Kristal Pelas"a 4:0 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqa qarşı tənqidlər artıb.

Erik ten Haqıı əvəz edə biləcək bir çox namizəd gündəmdə olsa da, Joze Mourinyonun yenidən “Mançester Yunayted”də işləməsi çətin görünür.

"Operativ Media" xəbər verir ki, İngiltərə mətbuatı "Manchester Evening News"də dərc olunan xəbərdə Joze Mourinyonun "Mançester Yunayted"ə qayıtmaq istədiyi və vəzifəsinin icrasına hazır olduğu bildirilib.

Lakin klub rəhbərliyinin Mourinyoya üstünlük vermədiyi bildirilib. Joze Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”də çalışıb və 3 kubok qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
215
30
operativmedia.az

10Sources