Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Zərdab-Mollakənd yolunda - Şəftəhal kəndi istiqamətində olub.
İlkin məlumata görə, avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb, qəzadan yayınmaq istəyən sürücü idarəetməni itirib və avtomobil yaxınlıqdakı dirəyə çırpılıb.
Zərbənin təsirindən avtomobil yararsız vəziyyətə düşüb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.