Pekin, 7 may, AZƏRTAC
Çinin cənub-qərbindəki Yunnan vilayətində naməlum şəxs xəstəxanada 10 nəfəri qətlə yetirib.
AZƏRTAC xəbər verir ki, hadisə vilayətin Cension rayonunda baş verib. Rəsmi qurumlar hadisənin təfərrüatları barədə açıqlama verməyib. Qətli törədən şəxsin zərərsizləşdirilməsi və ya saxlanılması barədə məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin