EN

Ukrayna ilə bağlı qırmızı xətt elan edildi - “Keçilsə, dünya savaşı çıxacaq”

İtaliya müdafiə naziri Qvido Krozetto Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevə girəcəyi təqdirdə Üçüncü Dünya müharibəsinin başlayıb-başlamayacağı ilə bağlı sualı cavablandırıb.

Turkustan.az xəbər verir ki, o, belə bir gəlişmənin qlobal toqquşmaya çevriləcəyini istisna etməyib.

“Ukraynanın paytaxtını ələ keçirsəydilər, bu, dramatik toqquşmaya səbəb olardı. Təəssüf, mən qorxuram ki, Putinə bütün Ukrayna lazımdır. Üstəlik, heç kim bizi əmin etmir ki, o, Ukraynada dayanacaq”, - müdafiə naziri bildirib.

Krozetto ümid edir ki, Rusiya lideri ağlasığmaz addımlar atmayacaq:

“Ümid edirəm ki, Rusiya son iki ildə etdiyi məntiqsiz işlərdən kənara çıxmayacaq. Eyni zamanda, təkrar edirəm, keçmiş sovet qoşunlarının Kiyevə gəlişi Avropa və dünya üçün tamamilə sabitliyi pozan faktor olacaq. Bu isə istər-istəməz sərhəddə rus tanklarını qəbul etməyən digər ölkələrlə toqquşmaya gətirib çıxaracaq”./teleqraf.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
Sources
Comment ()
Close