EN

Makron: Çinin Rusiyaya silah tədarükündən çəkinmək öhdəliyini alqışlayırıq

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə Parisdə ikitərəfli danışıqlar zamanı Ukrayna münaqişəsi zamanı Çinin Rusiyaya silah tədarükündən imtina etmək öhdəliyini təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Makron görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz Çin hakimiyyətinin Moskvaya silah satmaqdan və ya yardımdan çəkinmək və ikili təyinatlı malların ixracına ciddi nəzarət etmək barədə götürdüyü öhdəlikləri alqışlayırıq, bu, bir ildən çox əvvəl mənə çox aydın şəkildə dediyiniz bir şeydir, cənab prezident və siz indi bunu təkrarladınız”, - Makron Cinpinə müraciətində deyib.

O, bu mövzuda və bütövlükdə Ukraynadakı münaqişə ilə bağlı dialoqun davam etdirilməsinin zəruriliyini bəyan edib. Makron Rusiyanın Avropa sanksiyalarından yayınması ilə bağlı məlumat mübadiləsinin zəruriliyinə xüsusi diqqət yetirib. Eyni zamanda, Fransa lideri əlavə edib ki, Paris Çin və Rusiya arasında çoxillik əlaqələrə və bu münasibətləri sabitləşdirmək üçün göstərilən səylərə hörmətlə yanaşır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
Sources
Comment ()
Close