EN

U-21-in Slovakiyanın ardından Bolqarıstanla da qarşılaşacaq

Ölkəmizin U-21 yığması iyunun 7-də slovakiyalı həmyaşıdlarıyla yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

“Bu oyun Slovakiyanın Senec şəhərində keçiriləcək. Bu ərəfədə, “Dnepr-1”də çıxış edən soydaşımız Ramik Hacıyevin millimizə cəlb ediləcəyiylə bağlı xəbərlər yayılıb. Qeyd olunanlarla bağlı fikirlərini öyrənmək üçün U-21-in baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq:
“Slovakiyayla keçiriləcək oyunla bağlı ötən ildən razılığa gəlmişik. Bilindiyi kimi, hazırda hansısa əhəmiyyətli turnir çərçivəsində matçımız yoxdu. Boşluğu keyfiyyətli şəkildə dəyərləndirmək haqda qərar qəbul etdiyimizdən Slovakiya ilə qarşılaşacağıq. Bu matçda əvvəlki vacib oyunlarda şans görməyən futbolçuları tanışmağa çalışacağıq. İyunun 11-də isə Bolqarıstanla üz-üzə gələcəyik. Rəqiblər çoxdan seçilib. Məqsədimiz bizdən daha güclü rəqiblərlə oynamaqdı. Bilindiyi kimi, reytinqdə daha yuxarı pillələrdə qarşılaşan komandalar bizimlə qarşılaşmaq istəmir. Bu üzdən əvvəldən razı olan rəqiblər seçilib və tarix təyin edilib”.


Samir bəyin Ramik haqda fikirləri isə belə oldu:
“Başqa ölkələrdə yalnız Ramik deyil, çoxlu həmyerlimiz var. Hər birinin adına bizdə olan siyahıda rast gəlmək mümkündü. Qismət olsa, hamısına şans verəcəyik. Məhz Ramikə gəlincə, onu yaxından izləmək imkanım olmayıb. Rusiya və Ukrayna başda olmaqla bir neçə ölkədə bacarıqlı azərbaycanlı futbolçuların olmasından xəbərdarıq. Heç birini diqqətdən kənar qoymuruq. Ramikin milliyə cəlb olunması üçün azı bir ay vaxt lazımdı. Əlbəttə, 2-3 günün işi deyil. Zamanla keyfiyyətli oyunçuları komandaya cəlb edəcəyik. Bu yöndə ciddi işlər görülür. Lakin Ramikin yaxınlarda yığmaya cəlb olunması nəzərdə tutulmayıb”.


KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
Sources
Comment ()
Close