![“Qarabağ”](https://azertag.az/files/2024/2/1200x630/17148499135394530392_1200x630.jpeg)
Bakı, 4 may, AZƏRTAC
“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə anlaşma müddəti daha 3 il uzadılıb.
Beləliklə, təcrübəli oyunçu 2027-ci ilin yayına qədər Ağdam klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Bəhlul Mustafazadə "Qarabağ"a 2021-ci ilin yayında "Sabah" klubundan keçib.