![Şri-Lankada](https://azertag.az/files/2024/2/1200x630/17147684596548155059_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Cümə günü günorta saatlarında Şri-Lankanın şərq əyalətinin Ampara şəhərində iki avtobusun toqquşması nəticəsində 25-i məktəbli olmaqla, 33 nəfər yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.
Qəza 14:30 radələrində məktəb avtobusunun sərnişin daşıyan avtobusla toqquşması nəticəsində baş verib.
Yaralılar Ampara xəstəxanasında müalicə olunurlar.