Bakı. Trend:
Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasındaAnlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, memorandum Azərbaycan GimnastikaFederasiyasının baş katibi Nurlana Məmmədzadə və MonteneqroGimnastika Federasiyasının prezidenti Radonic Vesna tərəfindənimzalanıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın federasiyalararası təcrübəmübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.