EN

Rusiya Makrona xəbərdarlıq etdi – “Çox təhlükəlidir”

Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun quru qoşunların Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamasını “çox təhlükəli” adlandırıb.

Teleqarf.com xəbər verir ki, o, Fransanın münaqişəyə birbaşa müdaxiləsinin təhlükəsi barədə xəbərdarlıq edib.

“Bəyanat çox vacib və çox təhlükəlidir. Fransa dövlətinin başçısı ölkəsinin Ukrayna ətrafındakı münaqişədə birbaşa, yerdə iştirakının mümkünlüyü barədə mütəmadi danışmağa davam edir. Bu, çox təhlükəli tendensiyadır”, - Peskov bildirib.

Makron bundan əvvəl “The Economist”ə müsahibəsində Ukraynaya quru qoşunlarını göndərə biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tələb etsə və Rusiyanın cəbhə xəttində ciddi şəkildə irəliləsə, bu addımı atacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
1
teleqraf.com

2Sources