EN

Venesuelada neft pullarının oğurlanmasına görə 67 nəfər saxlanıldı

Venesuelada xaricə neft tədarükü üçün korrupsiya sxemləri vasitəsilə dövlət neft-qaz şirkəti PDVSA 1 milyard dollardan çox vəsait oğurlayıb.

Yenisabah.az xəbər verir ki, bunu Venesuelanın baş prokuroru Tarek Uilyam bildirib.

Bu puldan ifrat sağçı müxalifətçilər Julio Borxes və Leopoldo Lopes istifadə ediblər.

"PDVSA-Cripto" cinayət işi üzrə 67 nəfər saxlanılıb. Onların arasında Venesuelanın keçmiş neft naziri və şirkətin keçmiş prezidenti Tariq əl-Aysami, həmçinin keçmiş maliyyə və iqtisadiyyat naziri Saymon Serpa da var.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
yenisabah.az

1Sources