EN

Biz döyüşçülərimiz üçün silahları gözləyirik – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dən müdafiə yardımı paketinin sürətlə çatdırılmasının vacibliyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, o, iyunun 15-16-da İsveçrədə keçiriləcək növbəti Ukrayna üçün Sülh Sammitindən də danışıb:

“Paketlərin tərkibi məlumdur, mən bu gün heç bir problem görmürəm. Mən ABŞ-a və Konqresə qərarın qəbul edildiyi üçün minnətdaram. Lakin indi qərarların çatdırılma və icra sürəti problem olmamalıdır. Biz döyüşçülərimiz üçün silahların Ukraynaya gəlməsini gözləyirik. Bizim bütün mövqelərimiz – döyüş meydanında, diplomatiya və informasiya sahəsində – eyni dərəcədə möhkəm olmalıdır”.

Vurğulayıb ki, tədbir Rusiyanı sülhə məcbur edə biləcək yeganə qlobal gücdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
nocomment.az

1Sources