Ukrayna mətbuatı müharibə başlayan gündən Silahlı Qüvvələrə qoşulmuş teatr, televiziya və kino aktyoru Yevgeni Şumilovun vəfatı barədə məlumat yayıb.
Bildirilir ki, Şumilov aprelin 30-da öldürülüb. Saytlar sənətçinin dostu İvan Marçenkoya, eləcə də rejissor Antonio Lukiçə istinad ediblər.
Qeyd edək ki, Şumilov "Əsl mistika", "Sidorenki-Sidorenki", "Təcili yardım" və digər seriallarda rol alıb. Bundan başqa o, çatdırılma şirkətlərindən birinin reklamında Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü rolunu oynayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural