EN

Həkim yataq xəstəsi olan Ağakərimin ayağa qalxacağını AÇIQLADI - VİDEO

Xəbər verdiyimiz kimi, Ağakərim ləqəbi ilə ölkədə məşhurlaşan meyxanaçı Kərim Novruzovun mayın 1-də 60 yaşı tamam olub. 

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişinin çəkiliş heyəti illərdir ki, yatağa məhkum olan sənətkarın yaşadığı evə yollanıb. 

Ağakərimin oğlu Kamil atasının səhhəti ilə bağlı bu sözləri dilə gətirib: 

“Əvvəllər biz ata-oğul idik. Atam çox zəhimli insan olub. O münasibəti də saxlayıb. İndi mən atamla dostam. Amma mən onunla yenə ata-oğul olmaq istəyirəm”. 

Meyxanaçının evində onu müayinə edən həkim-reabilitoloqlar isə Ağakərimin yaxın müddətdə aparılacaq müalicələr nəticəsində ayağa qalxacağı ilə bağlı müsbət proqnoz veriblər: 

“Biz Ağakərimi müayinə etdik. O, 2017-ci ildə sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib. Aparılan müayinələrin nəticəsində onun vəziyyəti yaxşılaşıb, özü sərbəst yerimə ixtiyarında olub. Lakin sonradan reabilitasyon tədbirlər həyata keçirilmədiyinə görə onun da günahı özlərində yox, təbabətdədir ki, heç bir həkim tövsiyə etməyib ki, reabilitasyon tədbirlər həyata keçirilsin.

Bunlar olsaydı, onun itirilmiş orqanı bərpa olardı. Xəstəni fiziki və nevroloji müayinə etdik. Onun bütün böyük oynaqlarında kontrakturalar ortaya çıxıb. Belə olan halda kiçik bir hərəkət ona ağrı və qıcıq verir, narahatlıq törədir. Əminəm ki, reabilitasyon tədbirlər həyata keçirildikdən sonra Ağakərim ayağa qalxacaq. Nitqində bəzi dəyişikliklər var. Söz və tələffüz etmək iqtidarındadır. Kontakta da girir”. 
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
50
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7394
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5129
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4802
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4588
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4395
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3642
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2925
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2651
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2624
Sabah 20 dərəcə isti olacaq
2546
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2529
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2189
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2163
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2058
Röyanın biabırçı videosu yayıldı
2025
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1985
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1681
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1586
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1571
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1559