Elm və Təhsil Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, iclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.
Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.
Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
Sources
- qaziler.az - Sertifikasiya imtahanlarının vaxtları məlum olub ( 6041158)
- baku.ws - Sertifikasiya imtahanlarının vaxtları məlum olub ( 6037387)
- musavat.com - Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI ( 6038692)
- iqtisadiyyat.az - Sertifikasiya imtahanlarının vaxtları açıqlandı ( 6036955)
- oxu24.com - Sertifikasiya imtahanlarının vaxtları məlum oldu ( 6036460)
- valyuta.az - Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb ( 6035698)
- 525.az - Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb ( 6035023)
- veteninfo.az - Sertifikasiya imtahanlarının vaxtları açıqlandı ( 6034867)
- hafta.az - Sertifikasiya imtahanlarının tarixi BİLİNDİ ( 6034702)
- olaylar.az - Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI ( 6034219)
Comment ()