Bakı. Trend:
Bu gün Avropa Liqasında yarımfinal mərhələsi start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlarçərçivəsində iki qarşılaşma keçirilib.
Fransada “Marsel” “Atalanta”nı qəbul edib. Tərəflər hərəyə 1 qolvurublar. İtaliyanın digər klubu “Roma” öz meydanında mövsümünməğlubedilməzi “Bayer”in müqavimətini qıra bilməyib. Leverkuzenklubu səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 9-da baştutacaq.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Marsel” – “Atalanta” - 1:1
23:00. “Roma” – “Bayer” - 0:2