UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ötən mərhələdə “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Olimpiakos” səfərdə gözlənilmədən “Aston Villa”ya qalib gəlib.
Yarımfinalın digər ilk görüşündə “Fiorentina” öz meydanında “Brügge”ni çətinliklə üstələyib.
2 may
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
"Aston Villa” (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:4
Qollar: Ayub el-Kaabi, 16 (0:1), 29 (0:2), Ollie Uotkins, 45+1 (1:2), Moussa Diabi, 52 (2:2), Ayub el-Kaabi, 56-pen. (2:3), Santiaqo Hezze, 67 (2:4)
Qaçırılan penalti: Duqlas Luiz, 84 (“Aston Villa”)
"Fiorentina" (İtaliya) - “Brügge” (Belçika) - 3:2
Qollar: Rikkardo Sottil, 5 (1:0), Hans Vanaken, 17-pen. (1:1), Andrea Belotti, 37 (2:1), İqor Tiaqo, 63 (2:2), M'Bala Nzola, 90+1 (3:2)
Qırmızı vərəqə: Rafael Onyedika, 61 (“Brügge”)