EN

Ermənistan və ABŞ əməkdaşlıq sazişinin müddətini uzadtdı

Ermənistanla ABŞ kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində sazişin müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, sazişi Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Quinn imzalayıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, hərbi islahatların təşviqini və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
bakivaxti.az

1Sources