"Hər komandanın şansı var. Elə perioddur ki, komandalar diqqətsizlik etməməli, təzyiqdə oynamağı bacarmalıdır. Kim az xal itirsə, gümüş medal da onun olacaq. Hansısa komandanı fərqləndirmək olmur. Vacib məqam daha diqqətli olmaqdır. Kim bunlardan çıxa bilsə, hədəfinə də o çatacaq".
Azərbaycanın U-16 yığmasında qapıçı məşqçisi olan mütəxəssis "Neftçi" ilə bu mövsüm yaxşı performans sərgiləyən, yığmaya da dəvət alan Rza Cəfərov haqda da fikirlərini bölüşdü:
"Rza Cəfərov şansından yaxşı istifadə etdi. O, mövsümün tapıntısıdır. Potensialı var və istedadlı oyunçudur. Buna baxmayaraq, üzərində daha çox çalışmalıdır. Zaman lazımdır ki, püxtələşsin, qapıçı kimi böyüsün".