EN

Britaniyada miqrantların evlərinə basqın: deportasiya...

Böyük Britaniya Daxili İşlər Nazirliyinin mühafizə qrupları Böyük Britaniyada geniş miqyaslı əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya DİN məlumat yayıb.

Britaniyaya qanunsuz olaraq qayıqla daxil olmuş ilk miqrant dəstəsi evlərində saxlanılıb.

Bildirilib ki, əməliyyat Ruandaya gedənlər üçün ayrılmış immiqrasiya saxlama yerlərinin sayı dolana qədər davam edəcək. Miqrantları Ruandaya aparacaq uçuşların iyulda baş tutması gözlənilir.

Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, Britaniyada qalmaq hüququ olmayanları saxlamaq üçün daxili işlər nazirliyinin əməkdaşları sürətlə işləyirlər.

Qeyd edək ki, Böyük Britaniya hökuməti bu yaxınlarda öz ölkəsinə miqrasiyanı məhdudlaşdırmaq üçün miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
117
1
axar.az

4Sources