EN

“Qəbələ” “Neftçi”nin rahat nəfəs almasına imkan vermir

Srağagün əvəzedicilər liqasında 32-ci tura start verildi.

İlk oyun günündə bir qarşılaşma keçirildi. “Sabah” doğma meydanda “Səbail”ə məğlub oldu. Dünən turun növbəti üç görüşü keçirildi. “Sumqayıt” evdə “Qarabağ”ı məğlub edərək, ilk “dördlük”dəki yerini möhkəmlətdi. “Qəbələ” isə “Kəpəz”i darmadğın etdi. Gəncəlilərin qapısından 5 top keçirən “qırmızı-qaralar” qapısını toxunulmaz saxlamağı bacardı. Sənan Ağalarov isə het-triklə yadda qaldı. Nəzərə alaq ki, futbolçu srağagün əsas komandanın heyətində “Kəpəz”lə görüşdə də forma geymişdi. Əvvəlki dövrədə “Neftçi”ni məğlub etməyi bacaran “Turan Tovuz” bu dəfə eyni nəticəni təkrarlaya bilmədi. “Ağ-qaralar” vacib 3 xal qazanmaqla şəriksiz liderliyi davam etdirir. Tura sabah keçiriləcək “Zirə” - “Araz-Naxçıvan” matçıyla yekun vurulacaq. Qəsəbə təmsilçisi qalib gələcəyi təqdirdə xal hesabında “Qarabağ”a çatacaq.

28 aprel
Sabah-2 – Səbail-2 2:3
Yaqub Yusubov, 16. Nicat Quliyev, 54 - Ayaz Mikayılov, 13; 30. Bəhram Köçərli, 56.
29 aprel
Sumqayıt-2 – Qarabağ-2 2:1
Uğur Cahangirov, 30; 79-p - Nurlan Şabanov, 73.
Qəbələ-2 – Kəpəz-2 5:0
Sənan Ağalarov, 22; 26; 28. Mehrac Baxşalı, 61. Bilal İsmayılov, 89.
Neftçi-2 – Turan Tovuz-2 2:0
Nurlan Musayev, 39. Kamal Kazımov, 77.
1 may
Zirə-2 - Araz-Naxçıvan-2
Binə. Qəsəbə stadionu. Saat 15.00.
Xal durumu: Neftçi-2 – 77, Qəbələ-2 – 75, Sabah-2 – 60, Sumqayıt-2 – 50, Qarabağ-2– 45, Zirə-2 – 42, Səbail-2 – 35, Kəpəz-2 - 32, Araz-Naxçıvan-2 – 21, Turan Tovuz-2 – 20.
Bombardirlər: Ağadadaş Salyanski (Neftçi-2) - 28, Sənan Ağalarov (Qəbələ-2) - 26.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources