EN

İki yaşlı uşaq pəncərədən yıxılaraq öldü

Moskvada iki yaşlı uşağın yaşayış binasının pəncərəsindən yıxılması ilə bağlı cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, mayın 1-də Korneyçuk küçəsindəki evlərin birinin pəncərəsindən 2022-ci il təvəllüdlü oğlan uşağı yıxılıb

Məlum olub ki, o, səkkizinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb və ölüb.

Prokurorluq əlavə edib ki, oğlanın anası həmin vaxt mənzildə olub, lakin diqqəti yayınıb. Müstəntiq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ilə iş açıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
lent.az

1Sources