EN

Sadıq Sadıqov: "Premyer Liqada iştirak üçün şans versələr…"

"Turnir cədvəlində liderik.

"Şamaxı" kimi güclü rəqibimiz var. İnanıram ki, heç kim zəhmətimizi yerdə qoymayacaq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi" İdman Klubunun İdarə Aparatının sədri Sadıq Sadıqova məxsusdur.

Funksioner I Liqada çıxış edən "Qaradağ Lökbatan"ın Premyer Liqaya vəsiqə qazanmaq ehtimalına toxunub:

"Hazırda sənədləşmə prosesi gedir. İnşallah, bunu da çatdıracağıq. Sənədləri təqdim etmişik.

Bəzi klublar stadionu icarəyə götürüb oynayırlar. Premyer Liqada iştirak etsək, burada öz sözümüzü deyə bilərik.

Stadionumuz bəzi tələblərə cavab vermir. Arena təmir edilə bilər. Premyer Liqada iştirak üçün şans versələr, hələlik hansısa stadionu icarəyə götürməyə məcburuq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
sportinfo.az

1Sources