EN

Yeni AFFA bu modelə üstünlük vermək istəyir

AFFA-nın yeni rəhbərliyi gələcək fəaliyyət istiqamətləri haqda müzakirələri davam etdirir.

Rekord.az-a daxil olan məlumata görə, yeni rəhbərlik uşaq futbolunun, aşağı yaş qruplarından ibarət millilərin inkişafı üçün "xorvat modeli"ni tətbiq etmək istəyir.

Bildiyiniz kimi, əvvəlki AFFA rəhbrəliyi "alman modeli"ni tətbiq etmiş və bu model uğursuz olmuşdu. Yeni rəhbərlik isə "xorvat modeli"nin uğurlu olacağına inanır. Plana görə, aşağı yaş qruplarından ibarət millilərə Xorvatiyadan məşqçilər dəvət olunacaq. Onların yanında isə yerli məşqçilər çalışmalıdır. Yeni rəhbərlik bu ortaq işi görməyi Qurban Qurbanova tapşırmaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
rekord.az

1Sources