EN

18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO

Hollivud ulduzu Şeron Stoun təxminən 18 il əvvəl "Kurtlar Vadisi" serialında rol alıb.

Serialda həmkarı Endi Qarsiya ilə qonaq aktyor qismində iştirak edən 66 yaşlı aktrisa “TRT World”də  Şotlandiyanın keçmiş baş naziri Aleksandr Salmondun aparıcısı olduğu “Turkish Tea Talk” proqramında serialla bağlı maraqlı açıqlamalar verib.

Ulduz filmdə çəkildiyi üçün yaxşı qonorar aldığını, amma bir sıra çətinliklər yaşadığını bildirib.

“Çəkiliş meydançasına getdik. Bizdən başqa heç kim ingiliscə danışmırdı. Dolayısı ilə onlar türk dilində danışır, bizsə ingilis dilində cavab verirdik. Səhnələrdə də eyni hal yaşanırdı. Beləliklə, nə Endinin, nə də mənim nə oynadığımız barədə xəbərimiz yox idi, tamam itmişdik. İndiyə qədər gördüyüm ən lüks çəkiliş meydançası, möhtəşəm villa, gözəl geyimlər, amma heç kim ingiliscə danışmır... Biz sadəcə nə dediyimizi bilirdik”, - deyə ulduz etiraf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
133
26
seher.media

10Sources