EN

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başaçatıb.

Trend xəbər verir ki, ilk gün çərçivəsində ümumilikdə 3 plenar,4 panel sessiyası, nazirlərin beşinci, beynəlxalq təşkilatların3-cü zirvə görüşü keçirilib.

Sessiyalar zamanı çıxışçılar uyğun mövzular ətrafında fikirmübadiləsi aparıblar.

Çıxışçılar hazırda dünyada mövcud bir sıra problem və təhdidləridilə gətirərək dialoqların çoxaldılmasının tərəfdarı olduqlarınıbildiriblər.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumdadünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirakedir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Məlumat üçün bildirək ki, tədbir 1-3 may tarixlərini əhatəedəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
36
az.trend.az

10Sources