EN

Millimiz dünya çempionuna uduzdu, Bosniyaya 6 qol vurdu

Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk matçda dünya çempionu Rumıniyaya uduzub - 0:1.

Təmsilçimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinanı 6:0 hesabı ilə üstələyib.

Bu görüşdə rəqib qapısına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov yol tapıblar.

Azərbaycan millisi bu gün Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
sportinfo.az

1Sources