Ötən gün “Kapital Bank”a aid “Birbank” tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub.
“Birbank” tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada bankın müştərilərinin etirazı ilə qarşılanıb.
Yenisabah.az xəbər verir ki, bank yaranan problemlə bağlı açıqlama yayıb. Onlar yaranan problemin texniki olduğunu bildiriblər:
"Dəyərli Birbanklılar, tətbiqimizin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bu gün sonunadək nağd kredit və taksit kartları üzrə ödənişlərinizi aşağıdakı alternativ ödəniş mənbələrində edə bilərsiniz:
m10 tətbiqi;
İstənilən ödəniş terminalı;
Onlayn ödəniş saytları". Hazırda texniki komandamız çətinliyi aradan qaldırmaq üçün çalışır. Anlayışınız üçün təşəkkürümüzü bildiririk”.
Telegram kanalımız