EN

“Sinxron düşüncələrin”girdabında...

Əli Kərimlinin növbəti məsuliyyətsizliyi

Azərbaycanın siyasi palitrasında redikül müxalifət düşərgəsinin təmsilçilərinə yer yoxdur. AXCP sədri Əli Kərimli başda olmaqla bu düşərgədə yer alanlar siyasət marafonunda, necə deyərlər, autsayderlər qismində çıxış edirlər. Onların boğazdanyuxarı səsləndirdikləri təkliflər bir qayda olaraq havadan asılı qalır, çağırışlarına da səs verən tapılmır, özləri deyib, özləri eşidirlər. Rediküllərin son mitinq anonsu buna ən bariz nümunədir. Cəmiyyətdə bu çağırış heç bir reaksiya doğurmadı, insanlar bunu biganə qarşıladılar.

Rediküllərin cəmiyyətin dəstəyindən məhrum qalmalarının yeganə səbəbi isə sırf onların zaman-zaman sərgilədikləri əməlləri ilə bağlıdır. Hər kəs təsdiqləyə bilər ki, rediküllərin fəaliyyətləri (əslində, fəaliyyətsizlikləri - red.) ilə Azərbaycan cəmiyyətinin milli maraqları arasında hər hansı bir bağlılıq yoxdur. Əksinə, burada çoxlu sayda suallar doğuran məqamlar sadalamaq mümkündür. İkrah doğuran məqamlardan biri rediküllərin “Beşinci kolon” rolunda çıxış etmələridir. Onların  xaç atası sayılan AXCP sədri Əli Kərimli Qənimət Zahidin, filankəs O. qızının efirlərində belə bir ifadə işlətməyi çox xoşlayır: “Bizim dediklərimizi Avropa təsisatları da təsdiqləyirlər”. Reallıqda Əli Kərimli bu ifadəsi ilə bağlı olduğu Qərbdəki Azərbaycanafob dairələri nişan verir. Bəli, rediküllərlə Qərbdəki əsasən erməni lobbisinə bağlı olan bəlli mərkəzləri çirkin işbirliyi bağlayır. Daha dəqiq desək, həmin dairələr mütəmadi qaydada rediküllər yığnağına qrantlar formasında maliyyə tranşları ayırır. Redikülləri ram edən də elə bu pullardır. Onlar aldıqları paraların əvəzini Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən fikirlər səsləndirməklə, əməllər ortaya qoymaqla ödəməyə çalışırlar. Əli Kərimlinin yuxarıda xatırlatdığımız ifadəsində isə bir qədər düzəliş etmək lazım gəlir. Reallıqda Qərb dairələri yox, rediküllərin özləri təkrarçıdırlar. Məhz onlar bəlli mərkəzlərin dediklərini təkrarlayırlar. Əks halda rediküllərlə Azərbaycanafob dairlərin “düşüncələrində” sinxronluq haradan qaynaqlanır?

Rediküllərin sosial platformalar üzərindən son vaxtlarda gündəmə gətirdikləri yeni mövzu da buna bariz nümunədir. Söhbət həm Qərb dairələrinin, həm də rediküllərin paralel şəkildə Azərbaycanda insan haqları sarıdan “narahatlıq” keçirmələrindən gedir. Bəli, ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən bir neçə həbs həyata keçirilib. Burada qəribəlik axtarmağa nə ehtiyac var? Dünyada həbslərdən xali olan ölkə yoxdur. Həbsə alınanlar da fəaliyyət sferaları nöqteyi-nəzərindən bir-birlərindən fərqlənirlər. İstisnasız olaraq bütün peşə sahibləri hansısa bir qanunsuzluğa yol verə bilərlər. Bunun qarşısını almaq üçün isə hüquq-mühafizə orqanları var. Kimi həbsə almaq, kimə hansı cəzanı vermək məhz onların işidir. Siyasilərin bu, kimi prosedurlara müdaxilə etmələri yolverilməzdir və bu, məsuliyyət yaradır. O başqa məsələdir ki, rediküllərdə məsuliyyət hissi yerli-dibli yoxdur. Zamanında Əli Kərimlinin də təmsil olunduğu iqtidar bir illik hakimiyyəti dövründə yarıtmaz fəaliyyəti ilə Azərbaycanı qanlı vətəndaş qarşıdurmasına sürükləmişdi. Aradan təxminən üç onillik ötsə də, Əli Kərimli və çiyindaşları öz günahlarını və məsuliyyətlərini etiraf etməyiblər. Ölkədəki həbslərdən danışan AXCP sədri yenə də biveclik, məsuliyyətsizlik nümayiş etdirir. Ona xatırlatma etmək istərdik ki, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə heç kimin  peşə fəaliyyətinə əngəllər yaradılmır. Eyni zamanda, söhbət hansısa konkret cinayət əməlindən gedirsə, burada heç kimə şans verilmir və verilməməlidir də!

AXCP sədri Azərbaycan rəhbərliyinin müxtəlif məkanlarda ayrı-ayrı dövlətlərin rəsmiləri ilə insan hüquqları mövzusunda müzakirələr apardıqdan sonra ölkədə hansısa həbslərin baş verməsini özüsayağı qınaq obyektinə çevirməyə çalışır. Yenə də absurd yanaşma ortadadır. Azərbaycan tam mənada müstəqil dövlətdir, siyasətini özü müəyyənləşdirlir. Ayrı-ayrı beynəlxalq platformalarda insan hüquqları ilə bağlı müzakirələrin aparılması Azərbaycanın öhdəlik götürməsi anlamında təqdim edilməsi Əli Kərimlinin növbəti manipulyasiyası və məsuliyyətsizliyidir.

MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources