Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.
Bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb.
Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.
Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.
![](http://ssl.moderator.az/file/articles/2024/05/01/1714546451_1200768.jpg)