Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.
Bu barədə Bakıvaxtı.az-a BDU-nun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, BDU-nun Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi Murad Şəmistan oğlu Məmmədov avtoqəza nəticəsində həyatını itirib.
BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.