Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) proqramçı vəzifəsi üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.
AQTİ-dən Aztibb.az-a bildirilib ki, namizədlərdən tələb olunan bilik və bacarıqlar aşağıdakılardır:
C# (orta səviyyə);
MVC (orta səviyyə);
HTMLCSSJS (orta səviyyə);
API (orta səviyyə);
Oracle (PLSQL);
OOP prinsipləri;
Multi-Layered Arxitektura;
Öyrənməyə açıq və araşdırma bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komanda ilə işləmə bacarığı.
Namizədlərin vəzifə öhdəlikləri:
Mövcud proqram təminatlarına dəstək göstərilməsi;
Xəta və problemlərin aradan qaldırılması;
Verilən texniki tapşırığa əsasən yeni modulların yazılması.
İşə qəbul müsahibə əsasında aparılacaq. Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaqdır.