EN

Şəmkirdə minik maşını dəmir arakəsməyə çırpılıb, sürücü ölüb

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sürücü, rayonun Mahmudlu kənd sakini - 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
5
apa.az

9Sources