EN

“Barselona”dan əzmkar qələbə

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında 33-cü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son oyununda “Barselona” öz meydanında “Valensiya”nı qəbul edib. 

Kataloniya klubu fasiləyə hesabda geridə yollansa da, ikinci hissədə rəqibin azlıqda qalmasından yararlanaraq geridönüş edərək qələbə qazanıb. 

“Barselona” - “Valensiya” - 4:2
Qollar:
Fermin Lopez, 22 (1:0), Huqo Duro, 27 (1:1), Pepelu, 38-pen. (1:2), Robert Levandovski, 49 (2:2), 82 (3:2), 90+3 (4:2)
Qırmızı vərəqə: Giorgi Mamardaşvili, 45+4 (“Valensiya”)

Bu qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə əvvəlki kimi 47 xalla turnir cədvəlində səkkizinci yeri tutur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
4
teleqraf.com

4Sources