İmişli, 29 aprel, Aydın Yavərzadə AZƏRTAC
İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Hadisə zamanı xəsarət alanlar
İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.