Hollivud ulduzu Şeron Stoundan qəzaya görə 35 min dollar təzminat tələb olunaraq məhkəməyə verilib.
Bu barədə “People” nəşri yazıb.
İddiaçı tərəf Amanda Godepski adlı şəxsdir. O, aktrisanı Los-Ancelesdəki 101 Freeway-in cənuba gedən çıxışında qəza törətməkdə günahlandırıb.
Qəza 2023-cü ildə baş verib. Godepskinin sözlərinə görə, aktrisa sürət həddini xeyli aşaraq maşınına çırpılıb. Bu səbəbdən ona əmək haqqının və iş qabiliyyətinin itirilməsi, o cümlədən əmlak ziyanları dəyib.