EN

Keniyada bənd dağılıb, 42 nəfər ölüb

Keniyanın mərkəzində bəndin dağılması nəticəsində 40-dan çox adam ölüb.

TASS xəbər verir ki, bu barədə Nakuru əyalətinin qubernatoru Syuzen Kixika bildirib.

“İlkin məlumatlara görə, 42 nəfər ölüb. İtkin düşənlər var, onların axtarışı aparılır”, - o vurğulayıb.

Onun sözlərinə görə, bəndin sıradan çıxmasına ikinci aydır davam edən güclü yağışlar səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

4Sources