EN

U-18 millimizdə daha bir dəyişiklik: Arıxovu Babayev əvəzlədi

Ötən gündən toplanışda olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-18) heyətində daha bir dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sumqayıt”ın futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub.

Xatırladaq ki, U-18 millimiz aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi mayın 3-nə qədər davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
9
arena.az

9Sources