EN

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3132 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
185
49
marja.az

10Sources