EN

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Düz Cırdaxan kəndində sərnişin avtobusu rayon sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Rəfa Nurəddin qızını vurub.

Piyada ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
141
3
ikisahil.az

2Sources