Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətinkeçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Â
Ednews xəbər verir ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Â
Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.