EN

Azərbaycan cüdoçularından ilk gündə üç medal

27 apreldə Gürcüstanın Telavi şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk yarış günü keçirilib.

Futbolpress.az xəbər verir ki, cüdoçularımız turnirin ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib.

Yarışın ilk günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız Məhəmməd Rüstəmli (-50 kq.) qızıl medal, İlkin Qarayev (-55 kq.) və Əli Hümbətov (-66 kq.) bürünc mükafat qazanıb. Teymur Gülməmmədov (-50 kq.) və Fəxri Sahibzadə (-66 kq.) yarışı 5-ci yerdə tamamlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
1
futbolpress.az

2Sources