Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb.Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.