EN

İraq və Suriyada 3 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
9
teleqraf.com

10Sources