EN

Makron yaxın aylarda Ukraynanın müdafiəsinin gücləndirilməsindən danışıb

Fransa prezidenti Emmanuel Makron bildirib ki, yaxın aylarda Vaşinqton, Berlin və Parisdən Kiyevə yeni silah tədarükləri “Ukraynaya müqavimət göstərməyə kömək edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsindən yeganə çıxış yolu uzunmüddətli sülhün bərqərar olmasıdır və bu, beynəlxalq hüquqa və xalqların hüquqlarına hörmətə əsaslanmalıdır.

Onun fikrincə, Rusiya tərəfinin münaqişədə qələbəsi onilliklər ərzində Rumıniya, Moldova və Polşa üçün vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Makron bu vəziyyətdə Avropanın gələcəyinin təhlükə altında olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
nocomment.az

1Sources