EN

Şahruddin yayda "Adana Dəmirspor"dan ayrılacaq?

"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında "Adana Dəmirspor"un və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: “Adana Dəmirspor" ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq.

Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.

Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb:

“Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, "Qalatasaray"da Muslera var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
Sources
Comment ()
Close

Rating