Bakı. Trend:
Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan dahabir yardım paketi təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə Avstraliya müdafiə naziri,ölkənin baş nazirinin müavini Riçard Marlz Lvovda Ukraynanın başnaziri Denis Şmıqalla birgə mətbuat konfransı zamanı bildirib.
"Bu gün biz Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketinielan edirik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bunun 50 milyon dolları qısa mənzilli havahücumundan müdafiə sistemlərinə, qalanı isə müxtəlif mallara -şişmə qayıqlardan tutmuş dəbilqə və çəkmələrə qədərxərclənəcək.
R.Marlz vurğuladı ki, Avstraliya Kiyevə yardım göstərməyə davametməkdə qərarlıdır.