EN

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Azərbaycan

Bakı, 27 aprel, AZƏRTAC

Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 kiloqramda mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.

Bununla da Azərbaycan millisinin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib.

Bunadək yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

Qeyd edək ki, Prezident Kubokunda gənc taekvondoçular da mübarizə aparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
2
azertag.az

3Sources